ADA Universitetində 12-ci Beynəlxalq Festival keçirilir. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ənənəyə çevrilmiş bu festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə yerli və xarici tələbələr, jurnalistlər iştirak edirlər.
Diplomatlar festivalın qonaqlarına ölkələrinin mədəniyyət nümunələrini və mətbəxini təqdim edib, onun tarixindən danışıblar.
Tədbir açıq havada ADA Universitetinin kampusunda keçirilir.