ADA Universitetinin məzunu Şakir Abdullayev Harvard Universitetinin proqramını uğurla bitirib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az xəbər verir.
ADA Universitetinin məzunu Şakir Abdullayev ABŞ-ın Harvard Universitetinin “Harvard Business School” tərəfindən rəhbərlər üçün təşkil olunan onlayn akademik proqramını müvəffəqiyyətlə tamamlayıb.
Proqram, lider şəxslərə iqtisadi, hüquqi və etik mülahizələrə əsaslanaraq müştərilər, işçilər, investorlar və cəmiyyət qarşısında öhdəliklərini müəyyənləşdirməyə kömək edir.
23 yaşlı Şakir Abdullayev ADA Universitetində Tədqiqat Təqaüdçüsü (2022-2024) olub və hazırda Bakı Modern Təhsil Kompleksinin İdarəetmə Heyətinin üzvü, Şagird Xidmətləri və Məzun Əlaqələri şöbəsinin rəhbəridir.