top
ADA universitetinin prorektoru deputatlığa hansı iddialar ilə gedir?
22 avqust 2024, 06:13
- ↺ +

ADA universitetinin prorektoru deputatlığa hansı iddialar ilə gedir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fəlsəfə doktoru Fariz İsmayılzadə deputat olmaq niyyətindədir.

Bakuplus.az xəbər verir ki, deputatlığa namizəd Fariz İsmayılov Cenublu.az-a müsahibə verib.

46 yaşlı Fariz İsmayılzadə Lənkəranda anadan olub. 1996–2000-ci ildə Qərb universitetinin  Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, ardınca ABŞ-nin Vaşinqton universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.

Prorektor 2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə təhsilini davam etdirib. 2021-ci ildə Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq fəlsəfə doktoru elmi dərəcəsini alıb. F.İsmayılzadə 2006-cı ildə “ADA” Universitetinin  prorektoru təyin edilib.

O, 77 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin VII çağırış deputatlarının seçilməsi üçün keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

Fariz İsmayılzadənin Cenublu.az-a verdiyi müsahibəni təqdim edirik:

– İlk olaraq istəyərdik bilək ki, hansı səbəbdən deputatlığa namizədliyinizi irəli sürdünüz?

– Öz doğma şəhərimə, doğma rayonuma fayda vermək üçün deputat olmaq qərarına gəldim.

– Bilirik ki, bir neçə ölkədə təhsil almısınız və “ADA” universitetində də prorektor vəzifəsini icra edirsiniz. Millət vəkili olsanız bu işlərinizə mane olmayacaq? Ümumiyyətlə prorektorluqdan imtina edəcəksinizmi?

– Bəli, mən 18 ildir ki,  prorektor vəzifəsində çalışıram. Hesab edirəm ki, bu çox gözəl bazadır və gələcəkdə də “ADA” universitetinin həm orta, həm də ali təhsil səviyyəsində müəyyən proqramlarını Lənkərana cəlb edə bilərəm. Bundan başqa xarici partnyorlarla da müəyyən əməkdaşlığı Lənkərana təşviq edə bilərəm.  Bu istiqamətdə hesab etmirəm ki, mane olacaq, əksinə mən böyük baza və resurs kimi “ADA” universitetini bu işlərə cəlb edə bilərəm.

–  Niyə məhz cənub bölgəsindən namizədliyinizi irəli sürdünüz?

– Mən özüm əslən Lənkəranlıyam. Orta məktəbi orada bitirmişəm. 17 il orada yaşamışam. Atam, anam, babam, ulu babam hamsı Lənkəranlıdırlar. Babam Oruc İsmayılov poliklinikada otorinolaringoloq  (burun-boğaz) həkimi, anam isə terapeft olub. Atam orada Meliorasiya sistemində mühəndis kimi çalışıb su kanalları çəkib və Lənkəranı qarış-qarış gəzib. Biz əslən Lənkəranlıyıq, ona görə bu torpaq mənim üçün çox doğma torpaqdır.

– Uzun müddətdir Bakıda yaşayırsınız və namizədliyinizi irəli sürdüyünüz regionun problemləri ilə nə dərəcədə məlumatlısınız?

– Əslində mən Lənkərana tez-tez gəlirəm. Həm qohumlarım həm məktəb yoldaşlarım orada yaşayır. Həm də mən “ADA”-nın və xarici tələbələri, nümayəndə heyyətlərini tez-tez Lənkərana gətirirəm. Demək olar ki, bölgənin həyatını, problemlərini bilirəm. Eyni zamanda da bu kampaniya zamanı mən Lənkərana səkkiz dəfə səfər eləmişəm. Bütün kəndlərdə olmuşam, seçicilərlə görüşürəm, qayğılarını dinləyirəm və yazıram. Özüm üçün bir plan düzəldirəm. Demək olar ki, bölgənin bütün detallarını bilirəm.

– Sizcə regionda yaşayan vətəndaşlar ən çox hansı problemlərlə üzləşir? Rastlaşdığınız problemlərin bir neçəsini sadalaya bilərsiniz?

– Demək olar ki, mənim platformama uyğun problemləri araşdırmışam – əsasən gənclər üçün iş və təhsil imkanları. Bunlar mənim üçün doğma mövzulardır. Lənkəranda daha çox infrastruktur – yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq suruşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur.

– Seçicilərinizə nə demək istərdiniz və nələri vəd edirsiniz?

– Görüşlərimdə də, mətbuatda çəxışlarımda da qeyd etmişəm ki, mən əsasən problemləri Bakıda müvafiq instansiyalar qarşısında qaldıracağam. Parlamentdə regionumuza aid olan problemləri səsləndirəcəm, onların həlli üçün müəyyən resurslar cəlb edəcəm, o cümlədən təhsil proqramlarının təşkili üçün, keyfiyyətli təhsilin təminatı üçün, iş yerlərin açılması üçün müəyyən böyük şirkətlərin istehsalatlarını cəlb edəcəm. Bundan başqa infrastruktur problemlərinin həlli üçün də çalışacağam.

Son xəbərlər

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Oxşar xəbərlər