Bakının Heydər Əliyev Mərkəzində avqustun 19-da amerikalı pianoçu Mark Demiş dünya turu çərçivəsində konsert verəcək. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az məlumat verir.
“Movement” (“Hərəkət”) adlı proqramda Aaron Koplend, Corc Gerşvin, Frederik Şopen, Klod Debüssi kimi məşhur bəstəkarların əsərləri təqdim olunacaq.
Demiş ilk konsertini 7 yaşında verib. 19 yaşında isə ilk dünya turuna çıxıb. Musiqiçinin ümumilikdə 70-dən çox ölkədə fortepiano konsertləri olub.