Bakıda “İstedaddır Könüllü” adlı tədbir keçiriləcək. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az “ASAN Könüllülər"ə istinadən xəbər verir.
Tədbirdə gənc könüllülər öz bacarıqlarını nümayiş etdirəcəklər. Burada könüllülər tərəfindən müasir rəqslərdən tutmuş ənənəvi xalq rəqslərinə, solo ifalardan tutmuş qrup nömrələrinə qədər müxtəlif rəqslər tamaşaçılara təqdim olunacaq.
Tədbir 31 may saat 18:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçiriləcək.