Dillər Universitetinin balansında olan yataqxananın birinci mərtəbəsində mənzillərin birində toplanan məişət tullantılarından qaynaqlanan hadisə nəticəsində 12 kvadratmetrlik ərazi və 24 poqonometr elektrik nəqilləri yanaraq kül olmuşdu. Eyni zamanda ətrafa yayılan qatı duman binanın birinci mərtəbəsində yerləşən digər evlərə və yataqxananın dəhlizinə də zərər vurmuşdu. Binada yaşayan sakinlər deyirlər ki, hadisədən 3 ay keçməsinə baxmayaraq, hələ də yataqxana təmir edilməyib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az ARB-yə istinadən məlumat verir.
Yanğından sonra ancaq zərər dəyən və üzəri açıq qalan elektrik nəqilləri müvəqqəti olaraq yeniləri ilə əvəzlənib. Sakinlər deyirlər ki, bu nəqillər də təhlükə mənbəyidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorundan deyildi ki, tenderin nəticəsinə əsasən, sakinlərin problemləri həll ediləcək. Vaxtın uzanması isə tender prosesi ilə bağlıdır.
Qurumdan o da bildirildi ki, tender prosesinin ən qısa zamanda yekunlaşması planlaşdırılır. Proses yekunlaşdıqdan sonra sonra təmir işlərinə başlanılacaq.
Dillər Universitetinin balansında olan yataqxana