"50 nömrəli sərnişin avtobusunun sürücüsü barədə inzibati tənbeh tədbiri görüləcək", - bu barədə məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib. Bu gün, 27 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Açıqlamada, həmçinin bildirilib ki, 50 nömrəli marşrut avtobusunda “BakıKart” aparatında texniki problem yarandığı üçün nəqliyyat vasitəsi fəaliyyət göstərə bilməyib.
Ötən gün sosial şəbəkələrdə bununla bağlı məlumat yayılıb. Sərnişinlər sürücünün nağd ödəniş tələb etməsini, bunu etmədikdə onların avtobusdan enmələrini istəməsini iddia ediblər.