Azərbaycan Dəmir Yolları maarifləndirici videoçarx paylaşıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Videoçarxda aktyor İmran Lalayev başına gələn bədbəxt hadisədən danışıb. O, 2013-cü ildə qulaqlıqda dəmiryol xəttini keçid olmayan yerdən diqqətsiz keçərkən qəza nəticəsində ayaqlarını itirib.
“Hər gün bu yolla işə gedib-gəlirdim. Bir şeyin baş verəcəyi heç ağlıma belə gəlməzdi. Həmin gündən sonra həyatımda çox şey dəyişdi”, – deyə aktyor bildirib.
Bu il ADY qatarlarının qarşısına qəfil insan çıxması nəticəsində 7 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.
Həmin videogörüntülər: