Azərbaycanda dondurmaların yoxlanılması davam edir. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən monitorinqlərin nəticəsində ümumilikdə uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək.
Belə ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan növbəti dondurma məhsulu partiyaları aşağıdakılardır: