Bu gün, 31 iyul tarixində Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində vakant yerlərin seçimi mərhələsi başlayır. Bu haqda Bakuplus.az Təhsil İnstitutuna istinadən məlumat verir.
Proses saat 11:00-da başlayacaq.
Test imtahanında ümumi təhsil proqramı üzrə 34, tədris metodikası üzrə 6 bal olmaqla azı 40 bal toplamış namizədlər avqustun 5-i saat 11:00-dək şəxsi səhifələri vasitəsilə vakansiya seçə biləcəklər.
Namizəd təyin edilmiş vakansiyadan imtina edərsə, o, müsabiqənin vakant yerlərinin seçilməsinin növbəti mərhələsində iştirak edə bilməyəcək.