Xəzər rayonu Binə qəsəbəsinin Avşarlar küçəsinin sakinləri ərazidə qanunsuz elektrik xətlərinin çəkildiyini iddia edirlər. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az BakuTv-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, "Azərişıq" tərəfindən küçədə çəkilən yeraltı elektrik xətləri normativlərə uyğun deyil.
“Görülən işin sənədlərini bizə göstərsinlər. Xətləri səhər və gecə saatlarında çəkirlər. Yüksək gərginlikli elektrik xətləri ilə su boruları eyni yerdə ola bilər?!” - deyə şikayətçi narazılıq bildirib.
“Azərişıq” ASC-nin əməkdaşı isə Baku TV-yə bildirib ki, xətlərin çəkilməsinə elektrik enerjisi ilə təmin olunmayan sakinlərin müraciəti əsasında başlanılıb və görülən işlər qanun çərçivəsində həyata keçirilir.