“Azərsu” ASC Xəzər və Sabunçu rayonlarının su təchizatı üçün xərclənəcək vəsaitin məbləğini açıqlayıb. Bu haqda 25 iyun tarixində Fed.az məlumat verib.
Adıçəkilən qurum "Araz İnşaatçı" ASC ilə 5.511.000 manatlıq müqavilə imzalayıb. Vəsait Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə xərclənəcək.