Bakının Səbail və Yasamal rayonlarında “Azərsu” ASC-nin Sukanal İdarəsi tərəfindən təmir işləri aparılır. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az məlumat verir.
Badamdar qəsəbəsi, “Qurd qapısı” qəbiristanlığının yaxınlığında kanalizasiya boruları yenilənir. Bu səbəbdən Badamdar dairəsi ərazisində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Həmçinin təmir işləri Yasamal rayonunun “İnşaatçılar” metrosu yaxınlığında həyata keçirilir. İşlər yolun kənarında aparıldığına görə hərəkət maneəsiz təşkil olunur.
[caption id="attachment_119656" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]