Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km
təşkil edir.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.
İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.