AZAL sərnişinin narazılığı ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Uçuş zamanı heyətin ingilis dilində danışmağı sərnişinlərdən birində narazılıq yaradıb:
“Bu halda uçduğum təyyarə hansı ölkəyə mənsubdur? Niyə mənim ölkəmə məxsus olan hava yollarında bütün heyət ingilisdillidir?”, - deyə o qeyd edib.
AZAL məsələ ilə bağlı bildirib ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
“Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. Əksər hallarda icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, AZAL-nin öz təyyarə bələdçiləri də mövcuddur”.