Bakının Babək prospektində səki çayxana tərəfindən zəbt olunub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Adıçəkilən prospektdə çayxananın sahibi səkini zəbt edərək masa və oturacaqlar yerləşdirib. Bu səbəbdən vətəndaşlar yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar. Bu da onların həyatı üçün təhlükə yaradır.
Görüntüləri sosial şəbəkədə paylaşan izləyici qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edir.