Paytaxtın Bayıl və Badamdar qəsəbələrində sakinlərin hərəkəti üçün yol qalmayıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Belə ki, adıçəkilən qəsəbələrdə aparılan inşaat işlərinə görə ərazilər zəbt olunur, piyada və avtomobillərin hərəkəti üçün isə yollar qalmayıb. Onlar bir-birinin yollarına çıxır, özləri üçün hərəkət etməyə yer axtarırlar. Sakinlər bu vəziyyətdən çox narahatdırlar.
“Toz-torpağın içərisində ölürük. Nə qədər tikmək olar?! Get-gedə daha bərbad vəziyyətə düşür. Nə Təcili Yardım gələ bilir, nə də biz avtomobillərimizi saxlaya bilirik”, - deyə onlar şikayət edirlər.
Daha öncə Badamdar və Bayıl qəsəbələrində piyada səkilərinin zəbt olunması barədə məlumat vermişdik.