Bakı Ali Neft Məktəbində yeni fakültə açıla bilər. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı bildirib ki, SOCAR-nin vitse-prezident Ziba Mustafayeva bildirib ki, Bakı Ali Neft Məktəbi SOCAR-nin nəzdində təsis olunub. Universitetin təhsil-tədris vəsaitlərinin sənayenin inkişafına uyğunlaşdırılması hədəf kimi götürülüb.
"Biz hazırda bərpa olunan enerji layihələri ilə bağlı mühəndis fakültəsini açmaq istəyirik”, – deyə Ziba Mustafayeva qeyd edib.