"Məktəblilər üçün elektron dövrələr" proqramı elan edilir. Bu haqda BakuPlus xəbər verir.
Proqram Bakı Amerika Mərkəzinin Texniki İnnovasiyalar Mərkəzi tərəfindən təqdim edilir. 13-15 yaşlı məktəblilərin qatıla biləcəyi tədbir 3 iyul tarixindən start alır.
Dərslər hər həftənin bazar ertəsi saat 15:00-dan 16:00-dək davam edəcək. Proqramda iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür.
Yerlər məhduddur, iştirak tamamilə ödənişsizdir.