Bakı bulvarında bu il də gəmidə səyahət mümkün olmayacaq. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Dənizkənarı Milli Parkın xidmətlərindən biri olan gəmi gəzintisi bu il də fəaliyyət göstərməyəcək. Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyevanın sözlərinə görə, buna səbəb ötən illərdə olduğu kimi, dəniz səviyyəsinin aşağı düşməsidir.
"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır", – deyə o qeyd edib.