Bulvarda “Aysel”ini axtaran gənc yenə gündəm olub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Sözügedən şəxs Bərdə rayonunda su kanalına tullantılar atıb. O, “balıqlarımız bu zibillərlə yaxşı səhər yeməyi yeyir”, – deyərək 1 torba zibili “Yuxarı Qarabağ” kanalına töküb.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, həmin şəxs ruhi xəstədir.
“Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, – deyə qurum əlavə edib.
Daha öncə sözügedən gənc Bakı bulvarında “Ayselim” qışqırması ilə gündəm olmuşdu.
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/12/oxuaz.mp4"][/video]