Bakı Dəniz Vağzalında sərgi təşkil olunacaq. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az xəbər verir.
“Axan irs” adlanan fərdi rəsm sərgisinin müəllifi rəssam və dizayner Ləman Yusifli olacaq. Tədbirin kuratoru Aynur Abdultalıbova, art-meneceri isə Fidan Hüseynova olacaqlar.
Tədbirin açılışı 5 aprel saat 19:00-da baş tutacaq. Sərgi 30 aprel tarixinə qədər davam edəcək.