Bakı Dövlət Universitetində yeni ixtisas açılacaq. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.
Yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində Ekologiya mühəndisliyi ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.
Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar Korreksiyaedici təlimin metodika və metodologiyası, Ölkəşünaslıq (Qazaxıstan üzrə), Ölkəşünaslıq (Özbəkistan üzrə), Ərzaq məhsullarının ekspertizası və marketinqi, Şəhər kadastrı, Akvabitkilər, Mədəniyyət hüququ ixtisaslaşmalarıdır.