Bakıda 12 mindən çox şagirdin yerdəyişməsi tamamlanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 12 185 şagirdin yerdəyişməsi elektron sistem (sy.edu.az) vasitəsilə həyata keçirilib. Elektron xidmət şagird yerdəyişməsini daha şəffaf, operativ və vaxt itkisiz təmin edir.
2024–2025-ci tədris ili üçün 2-9 və 11-ci siniflərdə yerdəyişmələr avqustun 8-dən, 10-cu siniflərdə isə 15 avqust saat 15:00-dan başlayıb.