Bakıda 15 yaşlı qız ana olub. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bu haqda Oxu.az 14 dekabr tarixində xəbər verib.
Özəl klinikaların birində Qazax rayon sakini 15 yaşlı S.T. (ad şərtidir) oğlan uşağı dünyaya gətirib.
Fakt üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub.