Bakıda gənc rəssamlarının qrup sərgisi keçiriləcək. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az “culture.baku” İnstagram səhifəsinə istinadən xəbər verir.
"Art is you" adlı qrup sərgisində 20 həvəskar gənc rəssamın 60-dan çox rəsm əsəri sərgilənəcək. Burada təsviri sənətin müxtəlif janrlarında – natürmort, mənzərə, portret, məişət və müxtəlif üslublarda yaradılmış rəsm əsərləri nümayiş etdiriləcək.
Tədbir 14 və 15 dekabr tarixlərində “Gallery 1969” qalereyasında baş tutacaq. Giriş sərbəstdir.