Bakıda qanunsuz suxur daşınması faktı qeydə alınıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Xəzər rayonunun Buzovna və Türkan qəsəbələri ərazisindən dövlət qeydiyyat nişanları 4 “SHACMAN” markalı, Zirə və Türkan qəsəbələri arasındakı boş torpaq sahəsindən isə dövlət qeydiyyat nişanları 21 ədəd “SHACMAN” və “HOWO” markalı yük avtomobilləri vasitəsilə ümumilikdə 432 m3 həcmində suxurun qanunsuz daşınması faktları aşkar edilib.
Araşdırma müddətində yük avtomobillərinin sürücüləri özlərinə və nəqliyyat vasitələrinə dair sənədləri təqdim etməkdən imtina ediblər. Faktlarla bağlı akt tərtib olunub.