Xəzər rayonunda 3 məktəbli qıza qarşı seksual hərəkətlər edən taksi sürücüsü tutulub. Bu haqda 12 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü 54 yaşlı E.Camalovla anlaşıblar. O, 2021-ci ilin fevral ayından cari fevral ayının 11-dək olan müddətdə sürücü kimi işləyib. 11 fevral tarixində valideynlərin şikayəti əsasında polis araşdırma aparıb. Məlum olub ki, o, 8, 9 və 12 yaşlı qızlara qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.
Taksi sürücüsü saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi açılıb.