Ötan il ərzində Bakıda 46.736 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən məlumat verir.
Köçürülmə prosesi elektron sistem (sy.edu.az) vasitəsilə aparılıb.
BŞTİ-dən bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.