Yasamal rayonunda növbəti əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Keçiriləcək tədbirdə 32 müəssisə tərəfindən 533-dən çox vakansiya təqdim olunacaq. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə veriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarka 5 dekabr saat 10:00-13:00 arası İzmir küçəsi, 6 ünvanında, “Hyatt Regency Baku” hotelində baş tutacaq.