Bakının Yasamal rayonu, C.Cabbarlı küçəsində (“Nizami” metro stansiyasının yanı) qucağında körpə uşaqla dilənən kişi müzakirələrə səbəb olub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, kişi hər gün axşam saat 22-23 radələrində əraziyə gələrək dilənir. O, 6 övladının olduğunu və onları dolandırmaq üçün bu yola əl atdığını deyir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, fakt nəzərətə götürülüb və qısa müddət ərzində araşdırılacaq.