Sabah, 27 sentyabr tarixində Azərbaycanda Anım Günü qeyd olunacaq. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Paytaxtın əsas prospekt və küçələrində binaların eyvanlarından bayraqlar və plakatlar asılıb.
II Şəhidlər xiyabanında da müvafiq hazırlıq işləri başa çatıb.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
[URIS id=114522]