Avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
30 mart tarixində Masazır kəndinin “Yeni Bakı” Yaşayış Kompleksində yaşayan 36 yaşlı Pərviz Çarullayev idarə etdiyi “Ford Transit” markalı avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan 90 yaşlı Zərxara Hüseynovanı vurub. Nəticədə qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, ötən gün dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.