Bakıda bərbərxanada sosial şəbəkədə baxış sayı üçün qeyri-adi yola əl atıblar. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Paytaxt bərbərxanalarının birində azyaşlı uşağın xahişlərinə məhəl qoymayaraq, onun saçlarına kimyəvi burulma ediblər. Proses zamanı işçilər TikTok-da canlı yayım açıblar. İzəyicilər arasında bu hal birmənalı qarşılanmayıb. Bəziləri bunun işgəncə olduğunu deyiblər.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunub.