Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.
“Təkanlar hiss olunan ərazilərdə müəllim və şagird kollektivlərinin binadan aralı toplanış məntəqələrində toplanması təmin olunub. Lakin bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladlarını götürüblər”, – deyə qurumdan bildirilib.
09:55 - Bakıda bəzi məktəblərdə dərslər ləğv olunub
Bakıda baş vermiş zəlzələ səbəbindən məktəblilər təxliyə ediliblər. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az xəbər verir.
Paytaxt ərazisində yerləşən bir sıra təhsil ocaqlarında şagirdlər təxliyə olunublar. Onlara dərsin olmadığını bildirilərək, evə buraxıblar.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.