Bakıda alkopan üzlüklər sökülür. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Paytaxtdakı obyektlərin alkopandan olan üzlüklərinin söküntüsünə başlanılıb. Bununla bağlı dəmir konstruksiyalar quraşdırılıb. Artıq bir müddətdir aparılan abadlıq işləri sakinlərin narazılığına səbəb olur.
“Çölə çıxa bilmirəm, paltar sərə bilmirəm. Gəlib yığıblar, heç nə də etmirlər. Obyektin qarşısını bağlayıblar. İşimiz getmir”, – deyə sakinlər vurğulayırlar.
Bildirilir ki, işlər İcra Hakimiyyəti tərəfindən aparılır və “COP29” beynəlxalq tədbiri çərçivəsində təşkil edilib. Alkopan üzlüklərin sökülməsinə səbəb onların yanar materiallardan olması və ekoloji tələblərə cavab verməməsidir.
Obyektlərin sökülən üzlüklərini sahibkarlar özləri yeniləri ilə əvəz edəcəklər. Bununla yanaşı, yaşayış binalarının və paytaxtdakı bəzi obyektlərin fasadları eyni tonda rənglənəcək.