Paytaxtda ənənəvi olaraq “Bizimkilər” Yeni il yarmarkası baş tutacaq. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az bizimkilerfest İnstagram səhifəsinə istinadən xəbər verir.
“Passage 1901” restoranında “Yeni il 2024” festivalı və yarmarkası keçiriləcək. Tədbirdə müxtəlif əl işləri təqdim olunacaq, master-klaslar keçiriləcək, eləcə də içki və şirniyyatların dadına baxmaq mümkün olacaq. Həmçinin musiqi proqramı təşkil olunacaq.
Yarmarka dekabrın 15-17-si aralığında baş tutacaq. Ünvan: Nigar Rəfibəyli küçəsi, 12/14, “Passage 1901”.