Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Dənizkənarı ərazidə inşa olunan tikinti dənizə çox yaxın sayıldığından qanunsuz hesab edilir.
“Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
[URIS id=92191]