Bakıda avarçəkmə üzrə yarış keçiriləcək. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən xəbər verir.
Yarış dövlət qurumlarının əməkdaşları arasında baş tutacaq. Reqlamentə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
1 iyun saat 10:00-dan 15:00-a qədər komandaların ümumi məşqi keçiriləcək. 2 iyun tarixində saat 11:00-da isə rəsmi açılış mərasimi baş tutacaq.