Bakı şəhəri İcra Hakimiyyəti paytaxtda növbəti ümumşəhər iməciliyi keçirib. Bu barədə Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinə istinadən məlumat verir.
BŞİH-nin bələdiyyə xidmətləri şəhərin əsas küçə və prospektlərini bitki və heyvanlar üçün zərərsiz olan yuyucu vasitələrlə yuyub.
Təmizlik zamanı daxili və ara yollar, prospekt və küçələr, səkilər də yuyulub, həyətyanı sahələrin və yaşayış massivlərinin təmizlənməsi işləri aparılıb.
[caption id="attachment_141647" align="alignnone" width="640"]
Foto Bakı Şəhər İcra Hakimiyyəti[/caption]