Paytaxtda yerləşən 2 məktəbdə 4 sinif bəzi şagirdlərin COVİD-19 infeksiyasına yoluxması səbəbindən distant təhsilə keçib. Bu haqda bu gün, 6 oktyabr tarixində Report.az məlumat yayıb.
Nəsimi rayonunda yerləşən Tahir Həsənov adına 23 nömrəli məktəbdə üç sinif, Səbail rayonunda yerləşən “Baku Oxford School”-da isə bir sinif 14 günlük distant təhsilə keçirilib.
Bundan əvvəl, 5 oktyabr tarixində Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin bir sinfi distant təhsilə keçirilmişdir.