Paytaxtda yeni elektrik avtobus xəttə buraxılıb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
5 nömrəli marşrut xəttinə Çinin “Zhongtong” şirkətinin istehsal etdiyi elektrikli sərnişin avtobusu istifadəyə verilib. Nəqliyyat vasitəsi “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda sınaq məqsədilə istifadə olunacaq.
Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.