Xətai rayonu, Araz Novruzov küçəsi 34 ünvanında güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub. Bu haqda Bakuplus.az bu gün, 9 may tarixində Report-a istinadən məlumat verir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə hallar nazirliyinin əməkdaşları və Xətai rayon icra hakimiyyətinin nümayəndələri sakinlərin müraciəti əsasında əraziyə baxış keçiriblər.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, aidiyyəti qurumlara məlumat verilib.
[caption id="attachment_43599" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]