Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə tədris planına kriptovalyuta mövzusunda fənn daxil edib. Bu barədə 5 oktyabr tarixində APA məlumat verib.
“Kriptovalyutalar və kiber risklər” adlı fənn “Master of Bussines of Administration” proqramı çərçivəsində tədris ediləcək. Tədris həm nəzəri, həm praktiki şəklində keçiriləcək. Təlim vaxtı tələbələr birjalarda alqı-satqı əməliyyatları aparacaqlar, strateqiya quracaqlar və kriptovalyutaların analitikasının aparılması qaydalarını öyrənəcəklər.