Bakıda daun sindromlu şəxs itkin düşüb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
7-ci mikrorayonun “Talışların binası” adlanan ərazisində yaşayan 48 yaşlı şəxs bir neçə gündür itkin düşüb. Yaxınlarının sözlərinə görə, o, axırıncı dəfə yaşadığı binanın həyətində olub:
“Arada belə qoyurduq onu. Məhəllədə oynayır, insanlarla danışırdı. 2 saatdan sonra gördük ki, yoxdur”
Onu görənlərdən (070) 449-49-10 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.