Bakıda keçirilən genişmiqyaslı təmir-bərpa işləri nə vaxt bitəcək? Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Hazırda paytaxt ərazisində yol təsərrüfatı daxil olmaqla bir neçə istiqamətdə aparılır. Ən göyük layihələrdən biri 8 Noyabr prospektinin yenidən qurulmasıdır. Bununla yanaşı, köhnə binaların fasadları da eyni üslubda yenilənir. Həmçinin yeraltı kommunikasiya xətləri yenidən qurulur.
“COP29 adlı böyük bit tədbir gözlənilir. Əlbəttə ki, şəhərimizdə abadlıq işləri müsbət haldır”, – deyə sakinlər bildirirlər.
Bütün işlərin 3-4 ay ərzində bitməsi planlaşdırılır.