Xətai rayonunda təhlükə saçan lük mövcuddur. Bu haqda 25 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Zığ şosesində yaşayış evlərinin yaxınlığında açıq lük sakinlərin təhlükə mənbəyinə çevrilib. Onlar bildirirlər ki, vaxtilə burada səki inşa olunub, lakin onun üzərində quraşdırılan lükə qapaq qoymaq unudulub.
“Uşaq var, qoca var, hər an bu quyuya düşə bilərlər. Qaranlıq vaxtı təhlükə daha da artır. Qurumlardan xahiş edirik, lükün ağızı qapadılsın”, - deyə sakinlərdən biri gileylənib.