Bakıda məşhur texno DJ çıxış edəcək. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az “Solong”a istinadən xəbər verir.
“The Blaze” fransız qrupu Bakı bulvarında sevənlərinin qarşısına çıxacaq. Sözügedən qrup elektron musiqiləri ilə məşhur olmağı bacarıb. Qrup “Dancehall” və “Jungle” albomları ilə tanınır.
Tədbir 8 iyun tarixində “EGP Arena”da baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 40-500 AZN arası dəyişir.