Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən 224 nömrəli tam orta məktəbin direktoru karantinə cəlb olunub. Bu haqda 3 dekabr tarixində Trend xəbər verib.
Direktor COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük təcrid edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsasən, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.