Bakı məktəblərində yoxlamalar aparılır. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Qurumun tabeliyində olan ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı monitorinqlər keçirilir.
Məqsəd tədrisin və kadrlarla işin təşkilinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarə edilməsinin yoxlanılmasıdır.
Tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulan operativ monitorinqlərin nəticələrinə uyğun olaraq, nöqsanlar aşkar olunan ümumi təhsil müəssisələrinin rəhbərləri barədə tədbirlər görülür.